AZ

Arda Turanlı "Şaxtyor" Niderland nəhəngi ilə qarşılaşır

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

İlk yarımfinalçının adı Niderlandda bilinəcək. Türkiyəli məşqçi Arda Turanın çalışdırdığı "Şaxtyor Donetsk" səfərdəki oyuna 3:0-lıq üstünlüklə başlayacaq. 

Ümumiyyətlə, meydan sahibləri ilk oyunlarında "quru" məğlubiyyətlə üzləşiblər. Bu üzdən bu gün qonaq qismində oyuna çıxacaq komandalar yarımfinala vəsiqə uğrunda mübarizədə favorit sayılırlar. 

UEFA Konfrans Liqası
1/4 final, cavab oyunları
16 aprel

20:45. "AZ Alkmaar" (Niderland) – "Şaxtyor Donetsk" (Ukrayna)
(İlk oyun - 0:3)

23:00. "Fiorentina" (İtaliya) – "Kristal Pelas" (İngiltərə)
(İlk oyun - 0:3)

23:00. "Strasburq" (Fransa) ­– "Maynts" (Almaniya)
(İlk oyun - 0:2)

23:00. AEK (Yunanıstan) – "Rayo Valyekano" (İspaniya)
(İlk oyun - 0:3)

Seçilən
2
1
fanat.az

2Mənbələr