Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.
İlk yarımfinalçının adı Niderlandda bilinəcək. Türkiyəli məşqçi Arda Turanın çalışdırdığı "Şaxtyor Donetsk" səfərdəki oyuna 3:0-lıq üstünlüklə başlayacaq.
Ümumiyyətlə, meydan sahibləri ilk oyunlarında "quru" məğlubiyyətlə üzləşiblər. Bu üzdən bu gün qonaq qismində oyuna çıxacaq komandalar yarımfinala vəsiqə uğrunda mübarizədə favorit sayılırlar.
UEFA Konfrans Liqası
1/4 final, cavab oyunları
16 aprel
20:45. "AZ Alkmaar" (Niderland) – "Şaxtyor Donetsk" (Ukrayna)
(İlk oyun - 0:3)
23:00. "Fiorentina" (İtaliya) – "Kristal Pelas" (İngiltərə)
(İlk oyun - 0:3)
23:00. "Strasburq" (Fransa) – "Maynts" (Almaniya)
(İlk oyun - 0:2)
23:00. AEK (Yunanıstan) – "Rayo Valyekano" (İspaniya)
(İlk oyun - 0:3)