AZ

Şamaxıda kişi dəm qazından zəhərlənib öldü

Şamaxıda kişi dəm qazından zəhərlənərək ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Quşçu kəndində baş verib. Belə ki, 1987-ci il təvəllüdlü rayon sakini Həmidov Xanbaba Həmid oğlu yaşadığı evdə ölüb.

İlkin müayinələrin nəticəsinə görə, onun dəm qazından zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
1
1
unikal.az

2Mənbələr