AZ

Metroda yenə GECİKMƏ: Qatar səkkiz dəqiqə yubandı

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün səhər saatlarında metro qatarlarının gecikdiyi bildirilib.Bizim.Media xəbər verir ki, Oxu.az-a daxil olan məlumatda deyilir ki, səhər saatlarında metronun "Azadlıq Prospekti" stansiyasından "Həzi Aslanov" stansiyası istiqamətində qatarlar arasındakı interval səkkiz dəqiqəni keçib."Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, metroda hər hansı bir problem yaşanmayıb."Sərnişin axınının tənzimlənməsi məqsədilə, həmçinin gün ərzində səhər saat 08:00-09:00 aralığında "Koroğlu", 13:00-14:00 aralığında "28 May", "Gənclik" və "Elmlər Akademiyası", 18:00-19:00 aralığında isə "Elmlər Akademiyası" və "28 May" stansiyalarına xəttə sərnişinsiz qatarlar verilir.Bununla yanaşı, səhər 08:00-09:00 aralığında iki qatar "yaşıl xətt"in "Memar Əcəmi" stansiyasından geri qaytarılmaqla sərnişin axınının dinamik tənzimlənməsi təmin edilir. Bu zaman "Memar Əcəmi"-"Dərnəgül" sahəsində qeyd edilən vaxt üçün "yaşıl xətt" üzrə elan edilmiş interval iki dəfə artıq olur", - deyə B.Məmmədov bildirib.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
2
bizim.media

9Mənbələr