"Sərnişin axınının tənzimlənməsi məqsədilə, həmçinin gün ərzində səhər saat 08:00-09:00 aralığında "Koroğlu", 13:00-14:00 aralığında "28 May", "Gənclik" və "Elmlər Akademiyası", 18:00-19:00 aralığında isə "Elmlər Akademiyası" və "28 May" stansiyalarına xəttə sərnişinsiz qatarlar verilir. Bununla yanaşı, səhər 08:00-09:00 aralığında iki qatar "yaşıl xətt"in "Memar Əcəmi" stansiyasından geri qaytarılmaqla sərnişin axınının dinamik tənzimlənməsi təmin edilir. Bu zaman "Memar Əcəmi"-"Dərnəgül" sahəsində qeyd edilən vaxt üçün "yaşıl xətt" üzrə elan edilmiş interval iki dəfə artıq olur", - deyə B.Məmmədov bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta