AZ

Politoloq: Azərbaycan dövləti üçün hüququn aliliyi və vətəndaşlarımızın müdafiəsi hər zaman prioritetdir

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan təyyarəsinin Qroznı yaxınlığında qəzaya uğradığı andan etibarən bu məsələ dövlətimiz və xalqımız üçün son dərəcə prinsipial mövqedə qərarlaşdı. Bu prinsipiallıq yalnız hüquqi çərçivə ilə məhdudlaşmır, eyni zamanda, insan amilinə və ədalətin təmininə münasibətdə də özünü göstərirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Baş verən qəza ilə bağlı Prezident İlham Əliyevin siyasi iradə qədər strateji baxış da ortaya qoyduğunu xatırladan politoloq bildirib: “Azərbaycan hər zaman istənilən məsələ ilə bağlı prinsipial, qətiyyətli mövqe nümayiş etdirib. Bu məsələdə də mövqeyimizin mərkəzində dayanan əsas amillər aydın idi - ədalətin bərpası, məsuliyyətin təmin olunması və şəffaf araşdırılma. Məhz bu prinsiplər əsasında iki dövlət başçısı Düşənbədə müvafiq razılığa gəldilər. Bu isə öz növbəsində ondan xəbər verir ki, ən kompleks məsələlər belə siyasi iradə və qarşılıqlı hörmət əsasında həll oluna bilər”.

Ş.Həsənova, həmçinin vurğulayıb ki, proseslə bağlı ictimaiyyətin operativ və dolğun məlumatlandırılmasına xüsusi həssaslıqla yanaşıldı. Ötən dövr ərzində Azərbaycan dövləti zərərçəkmiş insanları da diqqətdə saxladı. Bütün bunların nəticəsi olaraq bir daha təsdiqləndi ki, ədalətin bərpası, hüququn aliliyi, habelə vətəndaşlarımızın müdafiəsi Azərbaycan dövləti üçün hər zaman prioritetdir.

 

Seçilən
21
1
azertag.az

2Mənbələr