AZ

Ölkə nəhəngləri liderlər qrupunda möhkəmləndilər

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Argentina çempionatının Apertura (açılış) mərhələsinin 12-ci və 13-cü turlarında qeydə alınan nəticələrdən sonra qrupların ən yüksək pillələrində vəziyyət dəyişmədi. Başqa sözlə, qrup liderləri mövqeyini qorudu."Football-plus.az" xəbər verir ki, A qrupunda 4-cü turdan sonra vahid liderliyi ələ alan “Veles Sarsfild” ilk 10 turda məğlubiyyət üzü görməmişdi. Nəhayət, Gilyermo Barros Skelottonun komandasına üstün gələn tapıldı. Paytaxt təmsilçisi əvvəlcə evdə “Lanus”dan xal ala bilmədi. İskyerdosun yeganə qoluna cavab verə bilməyən “ağ-göylər” növbəti oyunda “Ximnasiya”ya son dəqiqələrdə buraxdıqları qolla 2:3 hesabıyla uduzdular. Maraqlıdı ki, iki məğlubiyyətə baxmayaraq, Skelottonun komandası 1-ci yerdə qaldı.Səbəb sadədi: liderin əsas izləyiciləri iki turda maksimum nəticə göstərməyi bacarmadılar. İki tur əvvəl 2-ci yerdə olan “Estudiantes” mümkün xalların yarısını toplaya bildi. Ötən mövsümün Klausura (bağlanış) mərhələsinin çempionu əvvəlcə evdə “Sentral Kordoba”nın qapısından 5 cavabsız top keçirəndən sonra səfərdə “San Lorenso”ya minimal hesabla məğlub oldu. Aleksander Medinanın çalışdırdığı La Plata klubu son nəticələrdən sonra liderdən yalnız 1 xal geri qalmaqla 2-ci yeri tutur.A qrupunda 10-cu turdan sonra 3-4-cü yerləri bölüşən komandalar eyni nəticəni göstərdilər. “Union” ilə “Defensa y Xustisiya” iki oyuna 3 xal qazandı. Hər iki komanda mövqeyini əldən verdi: “Union” 4-cü, “Defensa y Xustisiya” isə 5-ci yerə düşdü.Nəticələri bu qrupda əksini tapan “Boka Xuniors”, nəhayət, azarkeşlərini sevindirdi. Ölkə nəhəngi hər iki oyunu qalib başa vurdu. Evdə “İnstituto”nu 2:0, səfərdə “Talyeres de Kordoba”nı 1:0 hesabıyla məğlub edən Klaudio Ubedanın komandası mövqeyini gücləndirdi. “Boka” indi A qrupunda liderdən 2 xal geri qalmaqla 3-cü yerdədi.B qrupunda 10-cu turdan sonra 20 xalla lider olan “İndependyente Rivadaviya” iki oyuna 6 xal qazandı. Evdə “Rosario Sentral”ın, səfərdə “Tiqre”nin qapısından iki cavabsız top keçirən Alfredo Bertinin komandası liderliyini möhkəmlətdi.Çünki liderin əsas izləyicisi “Belqrano” iki oyunda hesabına xal yaza bilmədi. Öz meydanında “Rasinq”ə 1:2, səfərdə “River Pleyt”ə 0:3 hesabıyla uduzan Rikardo Zyelinskinin komandası 2-ci pillədən 5-ə düşdü. “Belqrano” indi liderdən 7 xal geri qalır.Bu qrupda iki tur əvvəl 3-cü yerdə olan “Rosario Sentral” iki oyuna 3 xal qazanmaqla 4-cü yerə düşdü. Hər iki oyunda uduzan “Tiqre” isə üç pillə geriləməklə 7-ci yerə yuvarlandı.Marselo Qalyardonun qeyri-qənaətbəxş nəticələrə görə “River Pleyt”i tərk etməsindən sonra baş məşqçi vəzifəsinə gətirilən Eduardo Kudetin təyinatı müsbət effekt verməkdədi. Yeni komandası onun rəhbərliyi altında keçirdiyi növbəti iki oyunda da maksimum nəticə göstərdi. “Estudiantes” (2:0) və “Belqrano” (3:0) üzərində qələbələr ölkə nəhəngini B qrupunda üç pillə irəliləməklə 2-ci yerə yüksəltdi. “River” kimi qələbə seriyasını 4 oyuna çatdıran “Arxentinos Xuniors”un hesabında da 23 xal var. Bu komandalar liderdən 3 xal geri qalırlar.Aperturanın ilk üç oyununda uduzan yeganə komanda olan “Rasinq” son iki turda 3 xal qazanmaqla mövqeyini qorudu. Vitse-çempion statusunu daşıyan Qustavo Kostasın komandası B qrupunda 6-cı yerdə qaldı. Xatırladaq ki, pley-offa qruplarda ilk 8 yeri tutacaq komandalar vəsiqə qazanacaq.qrup mərhələsi, 12-ci turVeles Sarsfild - Lanus 0:1İskyerdos, 71.Estudiantes LP - Sentral Kordoba 5:0A.Kastro, 47. Amondarian, 70. Qayç, 80; 85; 88.Defensa y Xustisiya - Union 2:0Souto, 70. X.Qutyerres, 79.İndependyente - Talyeres de Kordoba 1:2Avalos, 58 – Skott, 69. Davila, 81.Boka Xuniors - İnstituto 2:0Aranda, 51. Bareyro, 56.İndependyente Rivadaviya - Rosario Sentral 2:0L.Qomes, 16. Arse, 29.Belqrano – Rasinq 1:2Selarayan, 54 - A.Fernandes, 30. Di Çezare, 61.Banfild - Tiqre 1:0Perrotta, 27.Estudiantes RK - River Pleyt 0:2Montyel, 70-p. Salas, 90+10.Atletiko Tukuman - Ximnasiya LP 1:0K.Ferreyra, 12.Nyuellz Old Boyz - Ximnasiya M 1:0Matsantti, 85.Sarmyento - Aldosivi 2:0Sabala, 45. Marabel, 86-p.Arxentinos Xuniors - Platense 1:0Leskano, 90+14-p.Atletiko Urakan - Barrakas Sentral 0:0Deportivo Riestra - San Lorenso 1:1Alonso, 31 – Kuelyo, 78.13-cü turXimnasiya M - Veles Sarsfild 3:2Munyos, 45+1. Modika, 81. Mammana, 90+1-öz qapısına – Monson, 3. Lansini, 11.San Lorenso - Estudiantes LP 1:0İnsaurralde, 11.Union - Deportivo Riestra 2:0Estiqarribia, 21-p. Tarraqona, 90+5.İnstituto - Defensa y Xustisiya 2:0Gerra, 25. Tissera, 83.Lanus - Platense 0:0Talyeres de Kordoba - Boka Xuniors 0:1Bareyro, 71.Tiqre - İndependyente Rivadaviya 0:2Florentin, 39. Bukka, 83.River Pleyt – Belqrano 3:0Qalvan, 36; 83. Kolidio, 58.Rosario Sentral - Atletiko Tukuman 2:1Velis, 31; 75 – L.Dias, 38.İndependyente - Rasinq 1:0Avalos, 81.Barrakas Sentral - Sarmyento 1:2İnsua, 69-p. – Marabel, 24. Vilyalba, 40.Aldosivi - Estudiantes RK 0:0Ximnasiya LP - Atletiko Urakan 0:3Kampo, 17. Blondel, 66. X.Kaysedo, 84.Sentral Kordoba - Nyuellz Old Boyz 1:3Barrera, 64 – F.Qarsiya, 10. Salomon, 40. Skarpessio, 90+5.Arxentinos Xuniors - Banfild 3:2Oros, 14. Viveros, 20. Leskano, 71 – Salasar, 28. M.Mendes, 47.6-cı turdan təxirə salınan oyunArxentinos Xuniors – Lanus 2:1E.Lopes, 53. Oros, 61-p. – Karrera, 85.7-ci turdan təxirə salınan oyunAldosivi - Arxentinos Xuniors 0:2Morales, 29. Rikelme, 37.A qrupu1. Veles Sarsfild 12 6 4 2 14-9 222. Estudiantes LP 12 6 3 3 14-6 213. Boka Xuniors 12 5 5 2 14-7 204. Union 12 5 4 3 18-12 195. Defensa y Xustisiya 12 4 7 1 15-10 196. Lanus 12 5 4 3 17-12 197. Talyeres de Kordoba 12 5 3 4 12-11 188. İndependyente 12 4 5 3 18-15 179. San Lorenso 12 4 5 3 12-12 1710. Platense 12 3 6 3 6-7 1511. İnstituto 12 4 2 6 13-15 1412. Ximnasiya M 12 3 3 6 9-15 1213. Sentral Kordoba 12 3 3 6 6-15 1214. Nyuellz Old Boyz 12 2 3 7 10-23 915. Deportivo Riestra 12 0 7 5 3-9 7B qrupu1. İndependyente Rivadaviya 12 8 2 2 20-12 262. River Pleyt 12 7 2 3 17-9 233. Arxentinos Xuniors 12 6 5 1 13-7 234. Rosario Sentral 12 6 3 3 14-10 215. Belqrano 12 5 4 3 12-12 196. Rasinq 12 5 3 4 15-11 187. Tiqre 12 4 5 3 16-12 178. Atletiko Urakan 12 4 5 3 12-9 179. Barrakas Sentral 12 4 4 4 11-11 1610. Sarmyento 12 5 1 6 10-12 1611. Ximnasiya LP 12 4 2 6 13-18 1412. Banfild 12 4 1 7 14-16 1313. Atletiko Tukuman 12 2 3 7 13-18 914. Aldosivi 12 0 6 6 3-13 615. Estudiantes RK 12 1 2 9 3-17 5Bombardirlər: Avalos (İndependyente) - 8, X.Kaysedo (Atletiko Urakan), Marabel (Sarmyento), M.Mendes (Banfild), D.Romero (Tiqre), Tarraqona (Union) - 6.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
icma.az

2Mənbələr