AZ

Təmirə yaramayan mühərriklər: əfsanə, yoxsa, reallıq? FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

1980-2000-ci illərdə istehsal olunmuş mühərriklər düzgün qulluq edildikdə ciddi təmir edilmədən 500 min kilometr qət edə bilirdi. Hətta milyon kilometr gedən mühərriklərə kifayət qədər rast gəlinir. 

İndi isə belə təəssürat yaranıb ki, sanki müasir mühərriklər birdəfəlikdir – 200-250 min kilometr sür və at.  

Avtosfer.az xəbər verir ki, əvvəlki mühərriklərdə detalların ölçüsü böyük olduğundan aşınma da az idi. Aşağı keyfiyyətli yanacaq-sürtgü materiallarından istifadə mümkün idi. Müasir mühərriklərdə isə həcm az, detallar kiçikdir. Blok bir qayda olaraq alüminiumdan tökülür.

Sıxma dərəcəsi və işçi temperatur isə yüksəkdir. Buna görə də mühərrik ağır rejimdə işləyir, resurs tükənir. Lakin, köhnə mühərriklərdən fərqli olaraq sərfiyyat az olduğu üçün sürücü az resurslu motorla da, iqtisadi baxımdan qabağa düşür.

Müasir istehsalçıların demək olar heç biri təmir üçün porşen və ya giliz təqdim etmir. Bunların hamısını kənar firmalar hazırlayır.

Giliz, porşen, halqalar adətən standart olur və quruluşu 1 əsrə yaxındır dəyişmir. Savadlı usta bu detalları uyğunlaşdırıb müasir mühərriki təmir edə bilər. Resurs əvvəlki qədər olmasa da, bir neçə il istifadə mümkündür. Ümumi statistika göstərir ki, müasir mühərriklərin 95 faizinin əsaslı təmiri mümkündür. Yerdə qalanlar isə ya spesifik konstruksiyadır, ya da çox ciddi mexaniki zədə aldığı üçün təmirə yaramır.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
avtosfer.az

1Mənbələr