AZ

Ermənistanda "qaçaq general" yenidən HƏBS OLUNACAQ

Ermənistanda Silahlı Qüvvələrin Üçüncü Ordu Korpusunun sabiq komandiri, general-mayor Qriqori Xaçaturov yenidən həbs edilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-i Datalex.am-a istinadən məlumat yayıb.
 

Bildirilib ki, Xaçaturovun təkrar həbsi ilə bağlı vəsatət verilib. Sənəd aprelin 14-də icraata qəbul olunub və hakim Meri Mosinyana təqdim edilib.


Xaçaturova vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və səlahiyyət həddini aşma ittihamları irəli sürülür.

Məlumata görə, sabiq hərbçi hazırda Ermənistandan kənardadır. O, ötən ilin noyabrında axtarışa verilib.

Bizim.Media

Seçilən
8
bizim.media

1Mənbələr