AZ

Ermənistanda VƏHŞİ QƏTL: Diş həkimini öldürən qardaşlar SAXLANILDI – VİDEO

Ermənistan DİN Marqaşendə diş həkimini vəhşicəsinə qətlə yetirən iki qardaşın saxlanılma anını yayımlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ermənistanın Daxili İşlər Nazirliyi Marqaşen kəndində diş həkiminin qətli ilə bağlı keçirilən əməliyyatın görüntülərini təqdim edib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin kənd sakinləri olan 20 yaşlı Canik Sirekanyan və 17 yaşlı Sirekan Sirekanyan olduğu müəyyən edilib.

Qardaşların diş həkimini xüsusi amansızlıqla qətlə yetirdikləri bildirilir.

Saxlanılma anlarının əks olunduğu kadrlar nazirliyin rəsmi kanalında yayımlanıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
interpress.az

1Mənbələr