AZ

"Çin İrana silah göndərməyəcək" - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp sosial media hesabından verdiyi açıqlamada Çinin İrana silah göndərməməyi qəbul etdiyini bildirib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp paylaşımında “Çin Hörmüz boğazını daimi olaraq açmamdan çox məmnundur. Bunu onlar üçün və həm də dünya üçün edirəm. Bu vəziyyət bir daha heç vaxt təkrarlanmayacaq. İrana silah göndərməməyi qəbul etdilər. Bir neçə həftə içində ora getdiyimdə Prezident Şi mənə böyük bir qucaq açacaq. Birlikdə ağıllı və çox yaxşı işləyirik" - ifadələrini işlədib.


Diplomatiyanın müharibəyə üstünlük verilməsi lazım olduğunu qeyd edən Tramp paylaşımının sonunda ABŞ-nin hərbi gücünü də vurğulayıb: “Bu, müharibə etməkdən daha yaxşı deyilmi? Amma unutmayın, əgər məcbur qalarsaq, müharibə etməkdə çox yaxşıyıq, hər kəsdən daha yaxşı!”, - deyə fikirlərinə əlavə edib.

Seçilən
18
manset.az

1Mənbələr