AZ

Orbanın məğlubiyyəti Trampı narahatETMİR

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Macarıstanda keçirilən parlament seçkilərində Baş nazir Viktor Orbanın məğlubiyyəti onu narahat etmir.

Redaktor.az xəbər verir ki, bu haqda o, "ABC News" telekanalına müsahibəsində danışıb. 

Tramp qeyd edib ki, Macarıstanın gələcək baş naziri Peter Magyar ona müsbət təsir bağışlayır. Onun sözlərinə görə, Magyar əvvəllər Orbanın partiyasının üzvü olub və immiqrasiya məsələsində oxşar mövqelərə sahibdir.

ABŞ lideri Magyarı “yaxşı insan” adlandırıb və onun vəzifəsinin öhdəsindən uğurla gələcəyinə, həmçinin “yaxşı baş nazir olacağına” inandığını bildirib.

Aytəkin TOFİQQIZI

Seçilən
29
redaktor.az

1Mənbələr