AZ

Starmer: İran münaqişəsi ilə bağlı təzyiqlərə boyun əyməyəcəyəm

London, 15 aprel, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer İran ətrafında yaranmış gərginlik fonunda ölkəsinin müharibəyə cəlb olunmayacağını bəyan edib.

AZƏRTAC xəbər verir ki, Kir Starmer ABŞ-dən gələn mümkün təzyiqlərə baxmayaraq mövqeyini dəyişməyəcəyini bildirib: “Mən fikrimi dəyişməyəcəyəm və təzyiqlərə boyun əyməyəcəyəm. Böyük Britaniya bu müharibəyə sürüklənməyəcək”.

Baş nazir çıxışında Kral Çarlzın ABŞ-yə səfəri ilə bağlı sualları da cavablandırıb. O qeyd edib ki, səfərin məqsədi bu ölkənin müstəqilliyinin 250 illiyini qeyd etmək və Böyük Britaniya ilə ABŞ arasındakı münasibətləri vurğulamaqdır.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
17
2
azertag.az

3Mənbələr