AZ

İspaniya donanması üçün yeni dalğıc gəmisi suya salınıb

İspaniyanın Viqo şəhərindəki Freire gəmiqayırma zavodunda ölkənin Hərbi Dəniz Qüvvələri üçün yeni dalğıc dəstək gəmisi suya salınıb.

Herbiand.az bildirir ki, gəmi Roma mifologiyasında yeraltı dünya ilahəsi, Plutonun həyat yoldaşı və Persefonanın yunan ekvivalenti olan Seresin qızının şərəfinə “Prozerpina” adlandırılıb.

Uzunluğu 32,9 metr və eni 9 metr olan “Prozerpina” sahil və dəniz əməliyyatları üçün uyğundur, lakin uzun səyahətlər üçün yaramır. Yerləşmə 15 nəfər üçün nəzərdə tutulub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
24
herbiand.az

1Mənbələr