AZ

AİB-lə rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Leah Gutierrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə Nazirlikdən bildirilib.

Görüşdə Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında uzunmüddətli və strateji əməkdaşlığın inkişafı, eləcə də nəqliyyat sektorunda həyata keçirilən iri layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin dəmir yolu, metro və aviasiya sahələrində icra olunan və planlaşdırılan layihələr, əlavə maliyyələşdirmə imkanları, qərarların sürətləndirilməsi mexanizmləri, eləcə də rəqəmsallaşma və dayanıqlı inkişaf istiqamətlərində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

"Cebheinfo.az"

Seçilən
15
3
cebheinfo.az

10Mənbələr