AZ

Türkiyədə daha bir məktəbə silahlı hücum: 6 yaralı - VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə silahlı insident baş verib.

"Cebheinfo.az"  “NTV”yə istinadən xəbər verir ki, hadisə Onikişubat bölgəsində qeydə alınıb.

İlkin məlumata görə, məktəbə silahlı hücum baş verib və insident zamanı 6 nəfər yaralanıb.

Xatırladaq ki, dünən Türkiyənin Şanlıurfa vilayətində Ömer Ket adlı 19 yaşlı gənc avtomatla liseyə daxil olaraq ətrafdakı insanlara atəş açıb. Hadisə zamanı aralarında şagird və müəllimlərin də olduğu 16 nəfər xəsarət alıb. Ö.Ket daha sonra eyni silahla özünə atəş açaraq intihar edib.

"Cebheinfo.az"

Seçilən
32
cebheinfo.az

1Mənbələr