ain.az, Cebheinfo saytına istinadən bildirir.
"Aktiv həyat tərzi uşaqlarda nizam-intizamın formalaşmasına və özünəinamın artmasına təsir edir".
"Cebheinfo.az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova deyib.
O bildirib ki, uşaq daha aktiv olduqca qaydalara əməl etməyi öyrənir:
"Öz işlərini təkbaşına görmə bacarığı inkişaf edir və özünə güvəni artır. Nəticədə, uşaq qaydalarla yaşamağa alışdıqca, onun bacarıqları da daha düzgün şəkildə formalaşır".
Həkim vurğulayıb ki, sağlam inkişaf üçün əsas amillər düzgün yuxu rejimi, sağlam qidalanma və fiziki aktivlikdir:
"Aktiv həyat dedikdə bu üç əsas şərt nəzərdə tutulur. Bu vərdişlər erkən yaşlarda formalaşdıqda, gələcək həyat üçün daha sağlam və faydalı nəticələr verir".
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.