AZ

Kiberhücum, yoxsa texniki xəta? – RƏSMİ AÇIQLAMA

Kiberhücum,

İlhamə Vəliqızı Kiberhücum, yoxsa texniki xəta? – RƏSMİ AÇIQLAMADünən 14 aprel axşam saatlarında Azərbaycanın yeni nəsil rəqəmsal imzası olan SİMA istifadəçiləri smartfonlarına gələn ardıcıl bildirişlə (push notifications) qarşılaşıblar. Bu vəziyyət istifadəçilər arasında "tətbiq sındırılıb" və ya "məlumatlar sızdırılıb" kimi narahatlığa səbəb olub.Əslində isə nə baş verib?Ulusum.az məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmisi ilə əlaqə saxlayaraq nazirliyin tabeliyində fəaliyyət göstərən AzİnTelecomdan məlumat alıb. Məlum olub ki, göndərilən bildirişlərin heç bir kiberhücumla əlaqəsi yoxdur. Hadisə tamamilə texniki xarakter daşıyır.Bu bildirişlər sistemdə aparılan profilaktik işlər və ya bildiriş modulundakı daxili texniki nasazlıq səbəbindən deyil Android istfadəçilərdə avtomatik olaraq görülüb.Şəxsi məlumatlar təhlükədədirmi?İstifadəçiləri ən çox narahat edən məqam şəxsi məlumatların və biometrik dataların təhlükəsizliyidir. Lakin narahatlığa heç bir əsas yoxdur.Məlumatlar qorunur, istifadəçilərin şəxsiyyət vəsiqəsi məlumatları, biometrik (üz tanıma) dataları və rəqəmsal imzaları tam təhlükəsiz şəraitdə saxlanılır.SİMA vasitəsilə daxil olduğunuz bank və ya dövlət hesablarınız da heç bir risk altında deyil.Hazırda SİMA tətbiqi normal rejimdə fəaliyyətini davam etdirir. Ümumiyyətlə hər hansı bir texniki xəta baş versə belə, komanda baş vermiş xətanın aradan qaldırılması və təkrarlanmaması üçün lazımi bütün tədbirləri görür. İstifadəçilərə tətbiqi silmək və ya şifrələrini dəyişmək kimi əlavə addımlar atmağa ehtiyac yoxdur.Yekun olaraq Azİntelecomun rəsmisi qeyd edib ki, texnoloji sistemlərdə bu növ texniki xətalar zaman-zaman baş verə bilər. Əsas məsələ odur ki, rəqəmsal imzanızın təhlükəsizlik zənciri qırılmayıb və rəqəmsal kimliyiniz tam mühafizə olunur. Bu növ hallarda yalnız rəsmi mənbələrin AzInTelecom və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamalarını izləmək tövsiyə olunur.Kiberhücum,

Diqqət Çəkənlər

Parlayan Ziya Gəncədə: Elm və Sənətin İşığında tədbiri keçirildi

"BYD"nin zavodunda güclü yanğın - SƏBƏB

İqtisadi Şuranın növbəti iclası keçirilib

Seçilən
1
ulusum.az

1Mənbələr