AZ

Türkiyə: Fələstin BMT-nin tamhüquqlu üzvü olmalıdır

Türkiyə: Fələstin BMT-nin tamhüquqlu üzvü olmalıdır

Fələstin dövlətinin BMT-yə tamhüquqlu üzv qəbul edilməsi Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllinə töhfə verə bilər.

AFN.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasında bəyanat verib.

"Məsələnin iki dövlətli həlli üçün Fələstin BMT-nin tamhüquqlu üzvü olmalıdır", — deyə o bildirib. Qurtulmuş həmçinin Qəzzada atəşkəs rejiminin qorunması və humanitar yardım xətlərinin açılması üçün daha cəsarətli parlament koordinasiyasına ehtiyac olduğunu vurğulayıb.

Qeyd edək ki, İstanbulda keçirilən tədbirdə 77 ölkənin parlament sədri və dünyanın hər yerindən 800-dən çox qanunverici iştirak edir. Aprelin 19-dək davam edəcək Assambleyada beynəlxalq təhlükəsizlik, regional münaqişələr və Yaxın Şərqdəki vəziyyət diqqət mərkəzində olacaq.

Seçilən
32
afn.az

1Mənbələr