AZ

“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçiriləcək

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 15 aprel, AZƏRTAC

“Zəkaların mübarizəsi” olimpiadasının paytaxt məktəbləri üzrə regional mərhələsi keçiriləcək.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin yaradılması, şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə şagirdlərin öyrənməyə təşviq edilməsi məqsədilə keçirilən olimpiada regional və respublika mərhələsi olmaqla iki hissədən - bilik və şahmat üzrə yarışdan ibarətdir.

Olimpiadanın qaydalarına əsasən, regional mərhələdə Bakı şəhərinin hər inzibati rayonundan bir komanda olmaqla 12 komanda bilik yarışı üzrə, 12 komanda isə şahmat üzrə mübarizə aparacaq. Bakı şəhərindən seçilmiş 5 ən yaxşı komanda bilik yarışı, 5 ən yaxşı komanda isə şahmat üzrə respublika mərhələsində iştirak hüququ qazanacaq.

Qeyd edək ki, olimpiadanın bilik yarışı istiqaməti üzrə rayondaxili seçim mərhələsində Bakı şəhərinin hər inzibati rayonu üzrə tərkibi 6 nəfərdən ibarət 1 komanda regional mərhələdə iştirak imkanı əldə edib. Həmçinin şahmat üzrə keçirilən rayondaxili seçim mərhələsində tərkibi 4 nəfərdən ibarət 1 komanda (komanda üzvləri eyni inzibati rayondan 2 oğlan və 2 qız olmaqla seçilib) regional mərhələyə vəsiqə qazanıb.

“Zəkaların mübarizəsi” olimpiadası IX-XI sinif şagirdlərinin riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət istiqamatləri üzrə bilik və bacarıqlarını yoxlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
1
azertag.az

2Mənbələr