AZ

Hacı Əliyev mayor rütbəsi aldı

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.

525.az xəbər verir ki, bu haqda o, öz sosial şəbəkə hesablarında paylaşım  edib.

Hacı Əliyev yazıb: "Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət  Sərhəd Xidmətinin rəisi cənab general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.

Göstərilən etimada görə təşəkkür edir, Vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm!"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
17
525.az

10Mənbələr