AZ

Azərbaycan və Dünya Bankı enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib (FOTO)

Bakı. Trend:

Aprelin 15-də Azərbaycan Respublikası maliyyə nazirinin birincimüavini Anar Kərimov Dünya Bankının enerji üzrə baş mütəxəssisləri,hazırkı tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin və yenitapşırıq qrupunun rəhbəri Sameh Mobarekin təmsil olunduğu Enerjisektoru üzrə missiya heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə Dünya Bankının “Bərpa olunan EnerjiMənbələrinin Şəbəkəyə İnteqrasiyası (AZURE)” layihəsinin icrası iləbağlı Azərbaycana göstərdiyi dəstək, eləcə də Azərbaycan hökumətiilə Dünya Bankı arasında tərəfdaşlıq çərçivəsində həyata keçiriləntexniki yardım üzrə əldə olunmuş nəticələr müzakirə edilib.

Anar Kərimov Azərbaycan ilə Dünya Bankı arasında 30 ildən artıqdavam edən uğurlu əməkdaşlığın Bankı ölkəmizin əsas inkişaftərəfdaşlarından birinə çevirdiyini qeyd edib. O, bu əməkdaşlıqçərçivəsində strateji əhəmiyyət daşıyan AZURE layihəsinin “Masdar”şirkəti tərəfindən inşa edilən 1 QVt gücündə günəş və küləkelektrik stansiyalarının milli enerji sisteminə inteqrasiyasınıtəmin etməklə ötürücü şəbəkənin gücləndirilməsinə mühüm töhfəverdiyini bildirib.

“AZURE” layihəsi çərçivəsində Batareya Enerji SaxlamaSistemlərinin (BESS) maliyyələşdirilməsi perspektivinə toxunanmaliyyə nazirinin birinci müavini bu təşəbbüsün şəbəkə çevikliyininartırılması, bərpa olunan enerji mənbələrinin daha geniş miqyasdainteqrasiyası və ümumi şəbəkə dayanıqlığının gücləndirilməsibaxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Öz növbəsində Dünya Bankının nümayəndələri ölkəmizlə enerjisektorunda əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, elektrikşəbəkəsinin modernləşdirilməsi, tarif islahatları və dənizdə küləkenerjisinin inkişafı istiqamətlərində texniki dəstəyin davametdiriləcəyini qeyd ediblər. Eyni zamanda, texniki yardımnəticələrinin daha dayanıqlı və səmərəli investisiya layihələrinəçevrilməsinin, eləcə də aidiyyəti qurumlar arasında koordinasiyanıngücləndirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin, növbəti mərhələdə prioritet investisiyaistiqamətlərinin müəyyənləşdirilməsi, bərpa olunan enerjilayihələrinin inkişafı və Bank ilə əməkdaşlığın daha dagenişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsiaparılıb.

Azərbaycan
Azərbaycan
Seçilən
35
3
az.trend.az

10Mənbələr