AZ

“Liverpul”un onurğa sütunu tamamilə dağılır

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

İngiltərənin “Liverpul” futbol komandasının baş məşqçisi Arne Slot klubun transfer siyasəti və aparıcı oyunçuların komandanı tərk etməsi ilə bağlı səs-küylü açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, niderlandlı mütəxəssis komandanın ulduzlarını pulsuz itirdiklərini bildirib.

“Yeni oyunçular almaq üçün satmalı olacağıq. Lakin biz Salah və Robertsonu azad agent kimi itirəcəyik, Trentlə bağlı isə bu artıq baş verib. Bildiyiniz kimi, bizim klub əvvəlcə pulunu geri qaytarmalı, sonra yenidən xərcləməlidir”.

Slot qarşıdakı yay transfer pəncərəsinin də çətin keçəcəyini vurğulayıb:

“Ötən yay 5-6 futbolçu transfer etmək üçün 10-11 oyunçunu satmalı olduq. Bu yay da növbəti sınaq olacaq. Gedənlərin yerini doldurmalıyıq, lakin bu klub dəfələrlə sübut edib ki, bu model işləyir və biz bununla uğur qazana bilərik. Mən də bu klubda işləməkdən və bu modelimizi tətbiq etməkdən qürur duyuram, bu, öz uğurunu əldə etməyə çalışmaq üçün gözəl yoldur”.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
icma.az

1Mənbələr