AZ

“Dərslik bir sıra hallarda yalnız bilik mənbəyi kimi dəyərləndirilir Professor

525.az saytına istinadən ain.az xəbər verir.

 «Dərsliklərdə təhsilin məzmunu şagirdlər üçün konkretləşdirilir. Bəlkə də buna görədir ki, dərsliklər bütün dövrlərdə diqqət mərkəzində olub və əksər hallarda onlara cəmiyyətin münasibəti bir mənalı olmayıb. Bunun özünəməxsus səbəbi var».

Bunu 525.az-a Elm və Təhsil Nazirliyi yanında  İctimai Şuranın sədri, professor Hikmət Əlizadə söyləyib. Professorun sözlərinə görə, təhsil dinamik xarakter daşıyan bir prosesdir. Onun məzmunu zamanın tələbindən asılı olaraq, daima dəyişir, yenilənir, təkmilləşir. Buna uyğun olaraq, dərsliklərdə yenilənməli, təkmilləşməlidir. Təəssüf ki, reallıqda bu heç də həmişə baş vermir. Dərsliklər müəyyən müddətdən bir hazırlanır. Buna görə də yeni tələblər səviyyəsində dərsliklərin hazırlanması vaxt tələb edir:

“Dərslik bir sıra hallarda yalnız bilik mənbəyi kimi dəyərləndirilir. Sözsüz ki, o bilik mənbəyidir və  bu konteksdə, ilk növbədə, öyrədici funksiya daşıyır. Lakin dərsliyi yalnız bilik mənbəyi kimi dəyərləndirmək və yalnız öyrədici funksiya daşıdığını düşünmək onun məqsəd və vəzifələrini məhdudlaşdırmaq olardı. Dərslik şagirdlərə bilik verməklə yanaşı, onları tərbiyə etməlidir. Bu istiqamətdə dərliyin tərbiyəedici funksiyası ayırd edilir. Tərbiyəedici funksiya dərslikdə verilən materialların tərbiyəedici məzmun daşımasını tələb edir. Bununla yanaşı dərslik həmçinin inkişafetdirici funksiyaya malikdir”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
525.az

1Mənbələr