AZ

Ağ evlə Avropa arasında çatları daha da artıracaq



Birləşmiş Ştatların İrana qarşı başlatdığı hərbi kompaniyanın Avropa qitəsindəki ənənəvi müttəfiqləri tərəfindən dəstək görməməsi ABŞ və qitə ölkələri arasında münasibətləri daha da gərginləşdirir. Proses əslində yeni deyil. Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra Ağ evin Avropa dövlətləri ilə fikir ayrılıqları artmaqdadır. Xüsusilə, NATO çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində yanaşmalarda əsaslı fərqlər mövcuddur.
Donald Tramp və komandası sözügedən sahələrdə Avropa ölkələrini daha çox vəsait sərf etməyə məcbur edir. Ümumiyyətlə, Birləşmiş Ştatlar NATO - nun saxlanılmasına, eyni zamanda qitənin təhlükəsizliyinə sərf etdiyi maliyyəni azaltmağa çalışır ki, bu da öz növbəsində kollektiv qərb anlayışının artıq vahid platforma deyil, məhz parçalanmış şəkil almasının bariz nümunəsidir. İranla məsələsi isə mövcud dinamikanın sadəcə bir fraqmentidir. Aydındır ki, diqqətləri böyük ölçüdə Rusiya - Ukrayna müharibəsinə yönəlmiş Avropa dövlətləri növbəti bir böhrana sürklənmək istəmir. Lakin Hörmüz boğazında formalaşan hərbi-siyasi vəziyyət elə ən çox avropalılara mənfi təsir göstərir. Bu səbəbdən Avropa rəsmiləri hərbi əməliyyatlara qoşulmaq əvəzinə İranla dialoqun tərəfdarı kimi çıxış edirlər. Bu isə Donald Trampın İrana qarşı koalisiya formalaşdırmaq məqsədlərinə ziddir. Yəni, hesab edirəm ki, ABŞ - ın yenilənən doktrinası gərəyi proseslərlə yanaşma tərzi və paralel olaraq İranla əlaqədar dinamika Ağ evlə Avropa arasında çatları daha da artıracaq.
Seçilən
3
1
newscenter.az

2Mənbələr