AZ

İsveç donanması istismardan çıxarılmış kəşfiyyat gəmisini yenidən xidmətə qaytarır

İsveç Hərbi Dəniz Qüvvələri istismardan çıxarılmış “Orion” müşahidə-kəşfiyyat gəmisini yenidən işə salacaq.

Herbiand.az-ın verdiyi xəbərə görə, donanma nümayəndələri bildiriblər ki, o, dəniz dibinin müşahidəsi və pilotsuz nəqliyyat vasitələrinin sınaqdan keçirilməsi üçün ixtisaslaşmış gəmi kimi istifadə olunacaq.

“Orion”un 2028-ci ildə istismara qayıtması gözlənilir.

Məlumata görə, proqram Baltik dənizində kritik sualtı infrastrukturu izləmək və təhlükəsiz saxlamaq qabiliyyətini artıracaq pilotsuz platformalar da daxil olmaqla, qabaqcıl dəniz sistemlərinin sınaqdan keçirilməsi üçün istismardan çıxarılmış gövdənin yenidən istifadəsini nəzərdə tutur.

Xatırladaq ki, “Orion” 2023-cü ildə istismardan çıxarılıb, xidmətə isə 1984-cü ildə qəbul edilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
24
herbiand.az

1Mənbələr