AZ

Premyer Liqa klubu baş məşqçisi ilə yollarını ayırmağa qərar verdi

İngiltərə Premyer Liqasında çıxış edən "Bornmut" tezliklə baş məşqçisiz qalacaq.

Fanat.Az xəbər verir ki, komandanın çalışdırıcısı Andoni İraola mövsümün sonunda komandadan ayrılacaq. 

Klub bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb. Üç ildir ki, "Bornmut"un baş məşqçisi vəzifəsində çalışan İraola qərarını açıqlayıb: 

"Belə bir komandaya rəhbərlik etmək şərəf idi. Birlikdə əldə etdiklərimizlə qürur duyuram. Komandanın azarkeşlərinə və oyunçularıma təşəkkür edirəm". 

"Bornmut" bu mövsüm İngiltərə Premyer Liqasında 32 oyundan 10-da qələbə qazanıb, 7-də məğlub olub və 15 heç-heçə edib. Komanda turnir cədvəlində 45 xalla 11-ci yerdədir. İraolanın komandası növbəti matçını 18 apreldə səfərdə "Nyukasl"a qarşı keçirəcək.
 

Seçilən
17
fanat.az

1Mənbələr