Bəs internet xidmətləri bahalaşacaq?
Olaylar.az xəbər verir ki, İKT eksperti Elvin Abbasovun sözlərinə görə, internetin qiyməti müvafiq xidmətlərə uyğun olaraq dəyişilməlidir:
"Amma bu proses internetin sürətinin artması ilə paralel həyata keçiriləcək. Sürət artdığına görə qiymət də artacaq. Nəticədə vətəndaş daha yüksək internet əldə edəcək. Qiymətlər tez-tez dəyişmir deyə, hər artım böyük görünür".
Vətəndaşlar isə internetin təzə ya köhnə qiymətindən asılı olmayaraq sürətin zəif olduğunu bildirirlər:
"İnternet 18 ya 25 manat olanda da eyni sürətdir, heç bir fərq yoxdur".
Ekspert qeyd edir ki, internetlə bağlı yaranan narazılıq provayderlərin şəxsi problemidir:
"Bunun ölkəyə verilən internetlə heç bir əlaqəsi yoxdur. Ölkədə internetin keyfiyyətində problem yoxdur".