AZ

“Aston Villa”nın qələbə seriyası 8 oyuna çatdı - İCMAL

Aprelin 9-da Avropa Liqasında (AL) 1/4 finalın daha üç ilk oyunu keçirildi. İnamlı qələbələr qazanan “Aston Villa” ilə “Frayburq” mərhələni adlamaq şansını artırdılar.

"Football-plus.az" xəbər verir ki, liqa mərhələsini mübarizəni 1/8 finalda dayandıran “Lion” ilə şərikli lider kimi başa vuran “Aston Villa” favorit statusunu “Bolonya” ilə səfər oyununda doğrultdu. Ədalət naminə ev sahiblərinin ilk hissədə çox yaxşı təsir bağışladıqlarını qeyd etməliyik.

Yarımsaatıq mübarizədən sonra tabloda 3:0 hesabı görünə bilərdi. Lakin bolonyalılar real qol şanslarından müxtəlif səbəblərdən yararlana bilmədilər. Əvəzində fasilə ərəfəsində künc zərbəsindən sonra qonaqlar Konsanın qolu ilə hesabı açdılar. “Bolonya” ikinci hissəyə də hücumlarla başladı, amma yenə topu qapısında görən tərəf oldu. Uotkinsin qoluna baxmayaraq, həvəsdən düşməyən apenninlilər rəqib qapısına həmlələri davam etdirdilər. Onların cəhdləri yalnız 90-cı dəqiqədə bəhrə verdi. Amma bu da var ki, birmingemlilərin daha bir künc zərbəsi də effektli alındı. Uotkinsin dublu “Aston Villa”nın 3:1 hesablı qələbəsini təmin etdi. “Bolonya”nın avrokuboklardakı 11 oyunluq (7 qələbə, 4 heç-heçə) məğlubiyyətsiz seriyası qırıldı. Unay Emerinin komandası isə AL-də ardıcıl 8 qələbə qazanan ilk İngiltərə təmsilçisi oldu.

Premyer-liqanın digər klubunun da bu mərhələyə uğurlu start verdiyini demək olar. “Nottingem Forest” turnirin favoritlərindən sayılan “Portu” ilə səfər oyununda qənaətbəxş nəticəyə nail oldu. İlk hissədə vurulan qollar 1:1 hesablı heç-heçəni təmin etdi. Ev sahibləri daha yaxşı oynadılar, lakin hücumların son mərhələsində effektli ola bilmədilər.

İlk oyunlarda yeganə böyükhesablı qələbəni “Frayburq” qazandı. Sözün düzü, almaniyalıların bu mövsüm turnirdə çox yaxşı təsir bağışlayan “Selta”nı üç top fərqi ilə məğlub etməsi bir qədər gözlənilməz oldu. Yulian Şusterin komandası yaxaladığı rəqibindən fərqli qol imkanlarından effektli istifadə etdi. “Frayburq”un qitə kuboklarında evdə ardıcıl 10-cu qələbəni qazanmaqla öz rekordunu yenilədiyini də qeyd edək.

1/4 final, ilk oyunlar
Bolonya (İtaliya) - Aston Villa (İngiltərə) 1:3

Rou, 90 – Konsa, 44. Uotkins, 51; 90+4.
Bolonya: Ravalya, Joao Mario, Heggem, Lukumi, Miranda, Fröyler (Kambyaqi, 90), L.Ferqyuson (Orsolini, 67), Pobeqa (Moro, 67), Bernardeski, Rou, Kastro (Odqor, 82).
Aston Villa: Martines, Keş, Konsa, Pau Torres, Din, Makqinn, Tilemans, Onana (Boqarde, 80), Buendiya (Beyli, 88), Rocers (Maatsen, 88), Uotkins.

Portu (Portuqaliya) - Nottingem Forest (İngiltərə) 1:1
Villiam Qomes, 11 - M.Fernandeş, 13-öz qapısına.
Portu: D.Koşta, M.Fernandeş (A.Koşta, 19), Tyaqo Silva, Bednarek, Zaydu, Fofana (Varela, 74), Rosario, Veyqa (Froholdt, 59), Villiam Qomes, Moffi (Gül, 58), Sayns (Pepe, 58).
Nottingem Forest: Orteqa, Dominges, Ebbott, Murillo (Milenkoviç, 46), Morato, Makeyti (İ.Sanqare, 74), Yeyts, Gibbs-Uayt (Hatçinson, 60), Bakva (N.Uilyams, 60), Vud (İqor Jezus, 46), Ndoy.

Frayburq (Almaniya) - Selta (İspaniya) 3:0
Qrifo, 10. Beste, 32. Ginter, 78.
Frayburq: Atubolu, Troy, Ginter, Linhart, Makenqo, Eqqeştayn, Manzambi, Beste (Kübler, 89), Sudzuki (Höler, 74), Qrifo (Şerhant, 74), Matanoviç.
Selta: Radu, X.Rodriges (F.Lopes, 46), Aydu, Alonso, Minqesa, Moriba, Sotelo (Vesino, 61), Cutqla (Duran, 73), Karreyra, İqlesias (Aspas, 73), Svedberq (El-Abdellaui, 46).

Bu mərhələnin aprelin 8-də keçirilən ilk oyununun nəticəsi: Braqa (Portuqaliya) – Betis (İspaniya) 1:1 (Qrilliç, 5 – K.Ernandes, 61-p.)

Cavab oyunları aprelin 16-da keçiriləcək.

Bombardirlər: İqor Jezus (Nottingem Forest), Staniç (Ludoqorets) - 7, Aktürkoğlu (Fənərbaxça) - 6.

Seçilən
42
1
football-plus.az

2Mənbələr