Rusiyalı iş adamı və Güclü Ermənistan partiyasının lideri Samvel Karapetyan Ermənistan vətəndaşlığı xaricində bütün vətəndaşlıqlardan imtina prosesinə başladığını deyib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Karapetyan bu addımı iyun ayında keçiriləcək parlament seçkilərində iştirakı ilə əlaqələndirib.
"Seçkilərdə iştirak etdiyim və qələbəmə əmin olduğum üçün bu pasportlardan imtina prosesinə başlamaq qərarına gəldim", - deyə o, məhkəmə iclasında bildirib.
Qeyd edək ki, Ermənistan vətəndaşlığından başqa vətəndaşlığa sahib olmaq Karapetyana 7 iyunda keçiriləcək Ermənistan parlament seçkilərində iştirak etmək üçün maneədir.
Anar