
Rusiyalı iş adamı və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Ermənistan vətəndaşlığı istisna olmaqla, bütün vətəndaşlıqlardan imtina prosesinə başladığını elan edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə ilk məhkəmə iclasında bildirib.
“Seçkilərdə iştirak etdiyim və qələbəmə əmin olduğum üçün bu pasportlardan imtina prosesinə başlamaq qərarına gəldim”, - Karapetyan qeyd edib.
Qeyd edək ki, Samvel Karapetyan Rusiya və Kipr vətəndaşlıqlarına malikdir.