AZ

Tramp yenidən İrana görə Roma Papasına sərt reaksiya verdi.

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə Roma Papası Pope Leo XIV-ə müraciət edib.

Milli.Az xəbər verir ki, Tramp İranda baş verən hadisələr fonunda papanın ABŞ-ın mövqeyini tənqid etməsinə cavab verərək açıqlama yayıb.

O, iddia edib ki, İran son 2 ayda ən azı 42000 silahsız etirazçını öldürüb və bu məsələyə münasibət bildirilməlidir.

ABŞ prezidenti həmçinin qeyd edib ki, İranın nüvə silahına sahib olması "tamamilə qəbuledilməzdir". Tramp əlavə edib ki, ABŞ olmasaydı, Papa bu gün Vatikanda olmazdı və onun İranla bağlı mövqeyini dəstəkləmir.

Qeyd edək ki, Papa 12 aprel tarixində İranda müharibənin dayandırılmasına və münaqişənin sülh yolu ilə həllinə çağırış edib. O bildirib ki, müharibə "hər şeyə qadirlik illüziyası" ilə qidalanır.

Məlumata görə, Papa ABŞ administrasiyasından çəkinmədiyini və İranla bağlı fikirlərini açıq şəkildə ifadə etməyə davam edəcəyini vurğulayıb.

Ayxan
Milli.Az

Seçilən
16
1
milli.az

2Mənbələr