AZ

Kirayə mənzili olmayan şəhər: Evlərin qiyməti isə durmadan artır

MİNGƏÇEVİR, 15 aprel. TELEQRAF

Mingəçevirdə evlərin qiymətləri durmadan artır.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, təkcə son bir neçə ay ərzində şəhərinmənzil bazarında diqqət çəkən qiymət artımı 8-15 min manat civarında qeydə alınıb.

Görəsən bahalaşmada bu dinamikanın səbəbləri nə ilə bağlıdır? Daşınmaz əmlak üzrə mütəxəssis Saləddin Baxşəliyevin sözlərinə görə, mənzil bazarında qiymət dəyişkənliyi əslində ölkənin bütün regionları üçün aktualdır. Sadəcə, şəhərimizdə bu prosesdə mühüm rol oynayan bir məqam var. Məsələ burasındadır ki, illərdir Mingəçevirdə mənzil tikintisi aparılmır. Mənzilə tələbatın artması qiymətlərin müəyyənləşməsində əsas faktordur.

Hazırdaşəhərin mənzil bazarındaqiymətlər dəyişməkdə və artmaqda davam edir.

Saləddin Baxşəliyev qiymətlərin mənziilin yerləşdiyi ərazi, mərtəbə və təmir səviyyəsinə görə dəyişdiyini deyir:

"Ən ucuz mənzilləri köhnə tipli binalarda tapmaq olar. O da yeni artmış qiymətlərlə. Məsələn, belə binalarda bir neçə ay öncə bir otaqlı balkonsuz mənzillər 37-38 minə təklif olunurdusa, indi həmin mənzillər 45min manatadır. Həmin ünvanlarda iki otaqlı mənzillərinqiyməti isə 85 min manata qalxıb.

Yeni tikilmiş binalarda isə otaqların sayından asılı olaraq qiymət fərqi 15 min manatadək yüksəlib.

Qeyd edim ki, bu günlərdə yeni tikilmiş binada bir otaqlı mənzil 72 min manata satılıb. İki otaqlıların qiyməti 100-105 min manathəddinəqədər artıb. Üç və daha artıq otaqlı mənzillərin satış qiyməti isə 125-155 min manat arasındadır.

Qiyməti daha yüksək olan mənzillər də var. Hətta bu yaxınlarda 3 otaqlı bir mənzil 170 min manata satılıb".

Saləddin Baxşəliyev boş torpaq ərazisi satışınınqiymətlərində də artım qeydə alındığını deyir. Şəhərin mərkəzində bir sot torpaq alıcılara 25-30 min manata təklif olunur. Şəhər ətrafında isə 5 sot torpaq sahəsini 35-40 min manata almaq mümkündür.

Daşınmaz əmlak üzrə digər mütəxəssis Vüqar İbrahimov həyət evlərinin satışına da alıcı marağının artdığını deyir. Bu sahədə də ciddi qiymət yüksəlişi müşahidə olunur.

Bütün bunlar kirayə mənzil bazarına da təsir edir. Bir neçə ay öncə 170-180 manata kirayəyə verilən birotaqlı mənzillər hazırda 250 manatvə ondan yuxarı qiymətlərə təklif olunur. İki otaqlıların qiyməti isə 400-500 manat civarındadır.

Mingəçevir şəhərində isə kirayəyə verilən mənzillər azdır və ya yox dərəcəsindədir.

Seçilən
17
teleqraf.com

1Mənbələr