AZ

“Expressbank”ın xalis mənfəətində 35%-lik artım - HESABAT

“Expressbank” ASC 2026-cı ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 22 milyon 495 min manat olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 912 min manat (14,9%) çoxdur.

Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri son bir il ərzində 2 milyon 734 min manat və ya 14,6% artaraq 21 milyon 468 min manata çatıb.

Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 137 min manat (6 min manat / 4,6% çox), ticarət və investisiya qiymətli kağızlar üzrə faiz gəlirləri 749 min manat (227 min manat / 43,5% çox) olub.

Bankın faiz xərcləri 1 milyon 617 min manat (24,6%) artaraq 8 milyon 187 min manata yüksəlib. 

Depozitlər üzrə faiz xərcləri 6 milyon 144 min manat (1 milyon 903 min manat və ya 44,9% çox), Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 965 min manat (233 min manat / 19,4% az), olub.

Alınan haqq və kommisiya gəliri son bir ildə 121 min manat (3,8%) artaraq 3 milyon 330 min manata yüksəlib.

Xarici valyutadan gəlir (məzənnə dəyişməsi daxil olmaqla) 843 min manat (96 min manat / 12,9% çox) olub.

Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 41 min manat (0,7%) azalaraq 6 milyon 260 milyon manat tutub. Ümumi və inzibati xərcləri 1 milyon 870 min manat (100 min manat / 5,6% çox), amortizasiya xərcləri 430 min manat (25 min manat / 5,5% az) olub.

Bankın ümumi mənfəəti 4 milyon 136 min manat təşkil edib. Ödənilmiş mənfəət vergisinin həcmi 864 min manat olub. Mənfəət vergisi ödənildikdən sonra bankın xalis mənfəəti 3 milyon 272 min manat olub ki, bu da, illik müqayisədə 853 min manat və ya 35,3% çoxdur. 

2026-cı ilin birinci rübünün sonuna bankın aktivləri 661 milyon 973 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 4 milyon 767 min manat (0,7%) azdır.

Müştərilərə verilən kreditlər son üç ayda 3 milyon 169 min manat (0,6%) azlaraq 533 milyon 965 min manata düşüb.

Ticarət və investisiya qiymətli kağızlar üzrə aktivlərin həcmi 3 ayda 7 milyon 950 min manat (20%) azalaraq 31 milyon 788 min manat olub. Banklar və digər maliyyə institutlarına verilən kreditlər 3 milyon 149 min manat (1 milyon 155 min manat / 57,9% çox), banklar və digər maliyyə institutlarındakı depozitlər isə 5 milyon 75 min manat (984 min manat / 16,2% az) olub.

Hesabat dövrünə bankın öhdəliklərinin həcmi 532 milyon 339 min manat olub ki, bu da, ötən ilin sonuna nəzərən 8 milyon 45 min manat və ya 1,5% azdır.

Bankdakı depozitlərin həcmi 3 milyon 533 min manat (1,1%) azalaraq 307 milyon 895 min manata düşüb.

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 188 milyon 951 min manat (8 milyon 539 min manat / 4,3% az) olub. Cari vergi öhdəlikləri isə son üç ayda 184 min manat və ya 10,1% artaraq 1 milyon 874 min manata bərabər olub.

Cari ilin birinci rübünün sonunda bankın cəmi kapitalı 129 milyon 635 min manat təşkil edib. Bu, ötən ilin sonuna nəzərən 3 milyon 279 min manat (2,6%) artım deməkdir.

Səhmdar kapitalı dəyişilməyərək 112 milyon 545 min manat təşkil edib.

Bölüşdürülməmiş mənfəət 10 milyon 856 min manat olub. Bu, son üç ayda 3 milyon 273 min manat və ya 43,2% artım deməkdir.

Ümumi ehtiyatların həcmi isə 6 min manat (0,1%) artaraq 6 milyon 234 min manata yüksəlib.

“Expressbank”ın“Expressbank”ın“Expressbank”ın
Seçilən
18
9
fed.az

10Mənbələr