AZ

Evlərə bu yolla girib 25 min manat oğurlayan şəxs tutuldu

Şəmkir və Tovuz rayonları ərazilərində silsilə oğurluq hadisələri baş verib.

Publika.az xəbər verir ki, müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb.

Polis tərəfindən qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Seçilən
15
8
publika.az

10Mənbələr