Yazını böyüt
Yazını kiçilt
Şəmkir və Tovuz rayonları ərazilərində baş verən silsilə oğurluq hadisələrinin üstü açılıb.
Hafta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun məlumatına görə, müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb.
Polisin keçirdiyi tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar davam etdirilir.