Bakı. Trend:
"2022-2028-ci illər üçün Dövlət Proqramına” sənəd qəbulunabaşlanılıb.
Trend xəbərverir ki, bu barədə Dövlət Proqramı İdarəetmə Qrupu məlumatyayıb.
Bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsilmüəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçünDövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanınnüfuzlu universitetlərinin bakalavriat, magistratura vədoktorantura səviyyələri üzrə sənəd qəbulu 15 aprel 2026-cı iltarixindən açıq elan olunur. Sənəd qəbulu üçün son tarix 5 iyun2026-cı il saat 18:00-dır.
Nzəərə çatdırılıb ki, 12 yanvar 2026-cı il tarixində DövlətProqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri vətəhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub.
Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedənsiyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldəedilməsidir.
Müvafiq siyahıda yer alan təhsil proqramları ilə yanaşı, "TimesHigher Education", "QS World University Rankings" və “AcademicRanking of World Universities (Shanghai)” reytinq sistemində yalnız"universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələritərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisassahəsi üzrə bakalavriat, magistratura və doktorantura proqramlarınaqəbul almış şəxslər mövcud istisnalar nəzərə alınmaqla DövlətProqramına müraciət edə bilərlər. Bu il “TOP 10” sıralamasında yeralan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinəmünasibətdə dəyişikliklər mövcuddur.
Dövlət Proqramına müraciət etmək üçün klikləyin.