AZ

İran ballistik raketləri yeraltı anbarlardan çıxarmaq üçün hərəkətə keçdi

İran atəşkəsdən istifadə edərək ABŞ-İsrail zərbələri ilə girişi bağlanmış yeraltı ballistik raket anbarlarının girişlərini qazır.

Musavat.com xəbər verir ki, məlumatı CNN məlumatlı mənbələrə və peyk görüntülərinə istinadən yayıb.

ABŞ kəşfiyyatının hesablamaların istinadən edən mənbələr kanala bildiriblər ki, bir aylıq döyüşdən sonra İranın raket buraxılışı qurğularının təxminən yarısı toxunulmaz qalıb. Bu qurğuların çoxu girişlərə endirilən zərbələr nəticəsində yeraltı anbarlarda qalıb.

Kanal qeyd edir ki, atəşkəs dövründə İran yeraltı saxlama obyektlərindən raketləri çıxarmağa çalışır. Kanalın məlumatına görə, mövcud görüntülərdə tikinti texnikasının tunel girişlərindən zibilləri təmizlədiyi və yük maşınlarına yüklədiyi göstərilir. Bunu xüsusən də 10 apreldə Xomeyn yaxınlığında və Təbrizin cənubunda çəkilmiş raket bazasının görüntüləri təsdiqləyir.

CNN-in məlumatına görə, əməliyyat zamanı ABŞ və İsrail raket buraxıcılarının ballistik raket atmaq üçün mövqelərə çıxarılmasının qarşısını almaq üçün yeraltı bazaların girişlərini hədəf alıblar.

Musavat.com

 

Seçilən
6
musavat.com

1Mənbələr