Uzun müddət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Tibbi planlama departamentinin rəhbəri vəzifəsində çalışan Hikmət İbrahimli vəzifəsindən ayrılıb.
Publika.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu vəzifədən əvvəl Hikmət İbrahimli Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyənin təşkili və menecmenti kafedrasının müdiri vəzifəsində çalışıb.
O, COVID-19 pandemiyasının ilk günlərindən etibarən karantin və pandemiya dövründə tibbi qərargahın üzvü olub.
Hikmət İbrahimli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 19 aprel 2024-cü il tarixli qərarı ilə "professor" elmi adına layiq görülüb