Avropa ABŞ-nin iştirakı olmadan Hörmüz boğazını açmaq üçün plan hazırlayır.
İnterpress.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa İttifaqı ölkələri münaqişə başa çatdıqdan sonra bölgədə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq koalisiya yaratmağı planlaşdırır.
Bu təşəbbüs minaların təmizlənməsi və gəmilərin hərbi müşayiətini nəzərdə tutur.
Qeyd olunur ki, Avropa ölkələri bu prosesdə ABŞ komandanlığından kənar şəkildə hərəkət etmək niyyətindədirlər.
Xuraman Etibarlı
İnterpress.az