AZ

“Tanrıların qidası”: Dondurmanın inanılmaz faydaları ORTAYA ÇIXDI

Dondurma artıq rəsmən “tanrıların qidası” hesab olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Harvard Universiteti məlumat yayıb.

Harvard Universitetinin alimləri dondurmanın insan orqanizmi üçün faydalı olduğunu sübut edən maraqlı araşdırma aparıblar.

Tədqiqata görə, dondurma diabet və piylənmə ilə mübarizədə kömək edir, ürək-damar xəstəliklərinin müalicəsində müsbət rol oynayır və damarları dəstəkləyir.

Alimlər bu faydaların sirrinin süd yağının strukturunda gizləndiyini bildirirlər. Məlum olub ki, hətta bir damla süd yağı belə insulin səviyyəsində kəskin sıçrayışlar yaratmadan “pis xolesterini” məhv etməyə qadirdir.

Bundan əlavə, dondurmanın tərkibində damar sağlamlığını və maddələr mübadiləsini dəstəkləyən CLA yağ turşuları var.

Bununla belə, ekspertlər vacib bir məqamı qeyd edirlər: bu faydalar yalnız həddindən artıq yemədən, normal porsiyalarla istehlak edilən və tərkibi tamamilə təbii olan dondurmalara aiddir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
38
interpress.az

1Mənbələr