AZ

"İki gün ərzində nəsə ola bilər" -

ABŞ prezidenti Donald Tramp İranla mümkün danışıqlarla bağlı "qarşıdakı iki gündə nəsə ola bilər" açıqlamasını verib.Metbuat.az xəbər verir ki, Tramp qeyd edib ki, növbəti görüşlərin Pakistanda keçirilməsi daha çox müzakirə olunur. Onun sözlərinə görə, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munir bu prosesdə mühüm rol oynayır.

Qeyd edək ki, ABŞ ilə İran arasında son görüş ötən həftə İslamabadda baş tutub. Bununla belə, Pakistan Xarici İşlər Nazirliyindən bildirilib ki, tərəflər arasında planlaşdırılan növbəti danışıqların tarixi hələ müəyyənləşdirilməyib.

Seçilən
24
metbuat.az

1Mənbələr