Bakı. Trend:
Bu gün TƏBİB-in icraçı direktoru vəzifəsinə Anar Bayramovuntəyin olunması ölkənin səhiyyə sistemində həyata keçirilənislahatların məntiqi davamı kimi qiymətləndirilməlidir. Bu təyinattibbi xidmətlərdən vətəndaş məmnunluğunun artırılmasına hədəflənənyeni islahat mərhələsinin başlanğıcını ifadə edir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Səhiyyəkomitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.
Millət vəkili bildirib ki, Anar Bayramov səhiyyə sahəsində həmpraktik tibb, həm də sığorta təbabəti istiqamətində formalaşmışzəngin təcrübəyə və uğurlu fəaliyyətə malik peşəkar kadrdır:
“Bu baxımdan, onun rəhbərliyi ilə səhiyyə və sosial müdafiəsistemləri arasında daha səmərəli koordinasiyanın təmin ediləcəyi,tibbi sığorta fondunun vəsaitlərinin idarə olunması vəistifadəsində effektivliyin daha da artırılacağı gözlənilir”.
Deputat vurğulayıb ki, həyata keçirilən islahatlar çərçivəsindətibbi xidmətlərin əlçatanlığının, operativliyinin və keyfiyyətininyüksəldilməsi əsas prioritetlərdən biri olaraq qalır:
“Bu prosesdə TƏBİB-in rolu daha da gücləndiriləcək, qurumuninstitusional potensialının artırılması isə daha səmərəli vəvətəndaşyönümlü idarəetmə modelinə keçidi təmin edəcək”.
M.Məmmədli qeyd edib ki, ümumilikdə bu təyinat TƏBİB-in müasir,dayanıqlı və çevik təşkilat kimi inkişafına zəmin yaradır, onunsəhiyyə sisteminin mövcud çağırışlarına operativ uyğunlaşmaimkanlarını genişləndirir.
“Nəticə etibarilə, əhaliyə daha yüksək səviyyəli tibbixidmətlərin göstərilməsi və səhiyyə sisteminin davamlı inkişafıistiqamətində mühüm addım kimi dəyərləndirilə bilər”, - deyəsözlərini bitirib.
Milli Məclisin Səhiyyə komitəsinin digər üzvü, deputatİlham Məmmədov qərarı Trend-ə şərh edərkən deyib ki, heç şübhəsiz, budəyişiklikr səhiyyə sistemində yeni idarəetmə mərhələsininbaşlanğıcı kimi qiymətləndirilməlidir.
“İcbari tibbi sığorta, birmənalı olaraq, Prezident İlhamƏliyevin siyasi iradəsinin nəticəsi kimi formalaşıb və qısa müddətərzində əhaliyə yüksək keyfiyyətli, əlçatan tibbi xidmətləringöstərilməsi məqsədilə yaradılaraq bu gün bütün ölkə üzrə tamtətbiq olunur. Dövlətin dəstəyi ilə artıq 3 500-dək tibbi xidmətiəhatə edən xidmət zərfindən əhali rahat şəkildə yararlana bilir. Buisə sosial rifahın yüksəldilməsi və vətəndaş məmnunluğunun təminedilməsi baxımından mühüm nailiyyət kimi dəyərləndirilir”.
Millət vəkilinin sözlərinə görə, daha yüksək keyfiyyətli tibbixidmətlərin təmin edilməsi yeni islahatların həyata keçirilməsinizəruri edir:
“Müasir dövrün tələbləri səhiyyə sistemində çevik idarəetmə,innovativ yanaşmalar və xidmət keyfiyyətinin davamlı şəkildəartırılmasını tələb edir. Bu baxımdan, TƏBİB-in icraçı direktoruvəzifəsinə səhiyyə sisteminin müasir idarəetmə prinsiplərinidərindən bilən peşəkar şəxs – Anar Bayramovun təyin olunmasıqarşıda duran vəzifələrin uğurla icra ediləcəyinə dair gözləntiləriartırır. Onun tibb sahəsindəki yüksək biliyi və peşəkarlığıidarəetmənin təkmilləşdirilməsi, icbari tibbi sığortamexanizmlərinin daha effektiv tətbiqi və tibbi xidmətlərinkeyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm nəticələrin əldəolunmasına imkan yaradacaq”.
İ.Məmmədov əlavə edib ki, bu dəyişiklik səhiyyə sektorundaaparılan islahatların davamlılığının təmin edilməsi baxımından daxüsusi əhəmiyyət kəsb edir. Yeni yanaşmalar və idarəetmə modelisistemin daha dayanıqlı və effektiv fəaliyyətinə xidmət edəcək.