AZ

Naxçıvanda sosial yardımlar və pensiya ödənişləri artıb

Bakı. Trend:

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında ünvanlı dövlətsosial yardımı alan ailələrin orta aylıq sayı 2666 olub.

Trend-in əldəetdiyi məlumata görə, bu yardımlardan faydalanan insanların sayıisə 11 852-yə çatıb.

Ümumilikdə sosial yardımlar üçün dövlət büdcəsindən 14milyon manat vəsait ödənilib.

Ən diqqətçəkən məqamlardan biri isə artım tempidir. Belə ki,2024-cü illə müqayisədə yardım alan ailələrin sayı 45%, bu yardımlardan yararlanan insanların sayı 46%, ayrılan ümumi məbləğ isə 33 %artıb.

Pensiya təminatında da artım müşahidə olunub. Ötən il muxtarrespublikada 45 457 nəfər pensiya alıb və onlarınhesablarına ümumilikdə 281,3 milyon manat vəsaitköçürülüb. Eyni zamanda, təkcə 2025-ci il ərzində 2872 nəfərə yeni əmək pensiyası təyin edilib.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən etibarən bütün pensiyalar8,1 % indeksləşdirilib, sığortaolunan şəxslərinfərdi hesablarında toplanan pensiya kapitalı isə 2,2% artırılıb.

Seçilən
28
2
az.trend.az

3Mənbələr