AZ

Azərbaycan Çexiya ilə enerji əməkdaşlığının genişləndirilməsi potensialını görür - Elçin Əmirbəyov

Bakı. Trend:

Azərbaycan Çexiya Respublikası ilə enerji əməkdaşlığını xam nefttədarükündən, o cümlədən təbii qaz və bərpa olunan enerjimənbələrindən kənarda genişləndirmək üçün əhəmiyyətli imkanlargörür.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrənümayəndəsi Elçin Əmirbəyov Çexiya mediasına müsahibəsindəbildirib.

"Çexiyada istifadə olunan neftin təxminən üçdə birininAzərbaycandan gəldiyini demək olar. Bu əməkdaşlıq təbii qaz dadaxil olmaqla, digər sahələrə də genişləndirilə bilər", - odeyib.

E. Əmirbəyovun sözlərinə görə, son illərdə Azərbaycan qazixracının coğrafiyasını əhəmiyyətli dərəcədə şaxələndirib.

"Azərbaycanın günəş və külək enerjisi, eləcə də elektrikenerjisi sahəsində böyük potensialı olduğundan, enerji portfelimizibərpa olunan enerji mənbələrini də əhatə etməklə genişləndirəbilərik. Avropanın enerji mənbələrini şaxələndirmək üçün bir neçəAvropa İttifaqı ölkəsi və regional dövlətlərlə müzakirələr davamedir", - o bildirib.

E. Əmirbəyov qaz təchizatının daha da genişləndirilməsi üçüninfrastrukturun modernləşdirilməsi və investisiya qoyuluşunun tələbolunacağını vurğulayıb.

"Yeni ölkələrə qaz tədarükünün həcminin artırılması, şübhəsizki, həm kəşfiyyat, həm də hasilat sahələrinə, eləcə də mövcudinfrastrukturun imkanlarının genişləndirilməsinə əlavə investisiyatələb edir. Avropaya təbii qaz ixrac etdiyimiz Cənub Qaz Dəhliziartıq tam gücü ilə işlədiyindən, əlavə imkanlara ehtiyacımız var.Buna nail olmaq üçün Avropa İttifaqı və Azərbaycan birlikdəçalışmalıdırlar", - o əlavə edib.

Seçilən
19
4
az.trend.az

5Mənbələr