AZ

Gənc qadın sürücü ağır yol qəzasına səbəb oldu 1 ölü, 1 yaralı VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gənc qadın sürücü ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Stavropolunda baş verən hadisə kameraya düşüb.

Məlumata görə, "Lada" markalı avtomobili idarə edən 20 yaşlı qadın sürücü dönmə manevri edərkən qarşı tərəfdən gələn motosikletə yol verməyərək onunla toqquşub.

Zərbənin təsirindən iki təkərli nəqliyyat vasitəsinin 18 yaşlı sərnişini havada uçaraq asfalta çırpılıb. Qəza nəticəsində o aldığı ağır kəllə-beyin travması səbəbindən hadisə yerində dünyasını dəyişib. Motosiklin 17 yaşlı sürücüsü isə müxtəlif dərəcəli sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
avtosfer.az

1Mənbələr