AZ

Tramp Ağ Evdəki UFC tədbirinin başqa adla keçiriləcəyini istisna etmir

Idman.biz saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp 14 iyunda Vaşinqtonda keçirilməsi planlaşdırılan UFC Ağ Ev tədbiri üçün yeni bir ad istisna etməyib.

İdman.Biz bildirir ki, Tramp turnirin adının “UFC 1776” olması üzərində düşünəcəyini bildirib.

“Bu yaxşı fikirdir. Bu barədə Dana Uayta danışacağam. Düzü, bu ideyanı bəyənirəm”, - “MMAJunkie” Trampdan sitat gətirir.

4 iyul 1776-cı il 13 koloniyanın Böyük Britaniyadan ayrılmasını elan edən ABŞ İstiqlal Bəyannaməsinin qəbul edildiyi gündür. Daha əvvəl UFC Ağ Ev tədbirinin ABŞ müstəqilliyinin 250 illiyinə həsr olunacağı elan edilmişdi.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
icma.az

1Mənbələr