Kolumbiya Pablo Eskobarın “zooparkından” qalan 80-ə yaxın begemotu məhv etməyə hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kolumbiya hakimiyyəti narkobaron Pablo Eskobarın 1980-ci illərdə ölkəyə gətirdiyi heyvanların nəslindən olan onlarla begemotun öldürülməsi ilə bağlı planı təsdiqləyib.
Rəsmilər bu addımın yerli ekosistemi qorumaq və sakinlərin təhlükəsizliyini təmin etmək üçün zəruri olduğunu bildiriblər.
Belə ki, vəhşiləşmiş begemotlar yerli heyvan növlərini yaşayış yerlərindən sıxışdırıb çıxarır və insanlar üçün real təhlükəyə çevrilirlər.
Bu qərar populyasiyaya nəzarət etmək üçün tətbiq edilən digər üsulların — məsələn, sterilizasiya və ya heyvanların zooparklara köçürülməsinin — həddindən artıq baha və qeyri-effektiv olması səbəbindən qəbul edilib.
Xuraman Etibarlı
İnterpress.az