Nazir sərhədyanı əyalətlərin 16 qubernatoruna xüsusi səlahiyyətlərdən istifadə edərək dəniz blokadası riskini neytrallaşdırmaq, düşmənin planlarını pozmaq tapşırığı verib. O, müvafiq qurumlarla - iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat, sənaye və ticarət strukturları ilə koordinasiyanın gücləndirilməsini vacib sayıb.
Momeni əsas diqqətin zəruri malların idxalının asanlaşdırılmasına və sərhəd ticarətinin genişləndirilməsinə yönəldiyini vurğulayıb. Qeyd edilib ki, həm idxal, həm də ixrac əməliyyatları artırılmalı, əhalinin təminatı üçün bütün mövcud resurslar səfərbər edilməlidir.
Nazir həmçinin digər bölgələrin rəhbərlərinə də sərhəd əyalətləri ilə sıx əməkdaşlıq edərək ölkə üzrə təchizat zəncirini gücləndirməyi tapşırıb.