AZ

“İnanmazdım ki, sənsiz bir dəqiqə yaşaya bilərəm” Video

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

"Ana, bu gün sənin dünyadan köçməyinin bir ili tamam olur. Bu bir il həyatımın ən ağır, ən uzun ili oldu. Heç vaxt inanmazdım ki, sənsiz bir dəqiqə belə yaşaya bilərəm. Amma demək ki, insan “olmaz” dediyi hər şeylə üzləşirmiş. “Onsuz yaşaya bilmərəm” dediklərindən sonra da yaşayırmış".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı mərhum anası Ofeliya Baxşəliyeva ilə bağlı paylaşımında yazıb. O, bu sözlərlə anasına olan sonsuz həsrətini və sevgisini ifadə edib:

"Bəli, mən də yaşayıram, anacan… Amma sənsiz. Və inan, bir an belə səni unutmadım. Evimin hər küncü sənin xatirələrinlə doludur — səsin, qoxun, baxışın hələ də mənimlədir. Sənsiz keçən hər anım qaranlıq bir gecəyə bənzəyir. Amma o zülmətin içində belə, sənin duaların mənə yol göstərir, məni irəli aparır, işıq olur. Deyirlər, “Ana gedər, amma onun sevgisi heç vaxt ölməz". Mən də bunu hər gün hiss edirəm… Sən yoxsan, amma sevgin hər yerdədir — ürəyimdə, nəfəsimdə, həyatımda. Daim mənimlə ol, nur üzlüm. Məkanın cənnət olsun, ruhun şad olsun, anacan".

Qeyd edək ki, Ofeliya Baxşəliyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
axsam.az

2Mənbələr